Fasiləsiz atəşlər səbəbindən faciədən qabaqkı (Xocalıdan çıxarılan gecəni nəzərdə tuturdu) vəziyyət dəhşətli idi. Fasiləsiz raket atışları və hər gecə biz yatmaq üçün zirzəmilərə girirdik. Hamımızın zirzəmiləri var idi, lakin bir ailənin zirzəmisində toplamşağa üstünlük verirdik. Gündüz vaxtı kişilər məlumat toplamaq üçün kəndin kənarlarına gedirdi.
Ermənilər 18 sentyabr 1988-ci ildə hücum etmişdilər…Əlbəyaxa döyüşlər olmuşdu. Onlar çəpərləri və heyvanların yemini yandırmışdılar.
Bütün bunlar niyə baş verdi? Onlar bizi kənddən çıxarmaq istəyirdilər. Onlar ərazini ələ keçirmək istəyirdilər. Biz qonaqpərvər idik və qarşı tərəfdən bu cür düşmənçilik gözləmirdik.
Nəzakət xanımın qayınatası həyatı boyu xatırladığı əvvəlki təcavüzlərdən danışdı.
Qarqar çayını keçməli idik; 1918-ci ildə bir qadın çayı keçərkən onun uşağı çaya düşdü. Hər dəfə kənddə yenidən məskunlaşma gedirdi; “Nə üçün Siz hər dəfə geri qayıdırdınız?”, qadın soruşdu, “Əcdadlarımızın qəbirləri orada idi”, deyə cavab verildi.
Onun həyat yoldaşı Bakir Hüseynov nəqliyyat mühəndisi idi. Tofiq Hüseynov, özünümüdafiə qüvvələrinin komandiri onun qardaşı idi. Bakir özü 1991-ci ilin sonunda yaradılmış batalyona qoşulmuşdu. Lakin, hücumlar gücləndikdə onlar daha mütəşəkkil müdafiəyə ehtiyacın olduğunu başa düşdülər.
Biz ümid edirdik ki, rus əsgərləri bizi qoruyar, lakin onlar bunu etmədilər. Xocalıda ruslar var idi, lakin onlar atəşə cavab vermədilər və bizə də atəş açmağa icazə vermədilər.
Dəhşətli hadisələr baş vermişdi:
Əsgəranda onlar bir maşını saxlayaraq içərisindəki insanları diri-diri yandırmışdı. Cəsədlər axşam maşının işıqları ilə dəfn olundu.
Biz şəhərdən çıxmaq barədə düşünə bilməzdik; ora ətrafda Azərbaycanın nəzarətində qalan yeganə kənd idi və Tofiq (Hüseynov) “Xocalı mənim öləcəyim yeganə yerdir” deyirdi.
Həmin gecə (25-26 fevral 1992-ci il) ermənilər insanları öldürərək və diri-diri yandıraraq ərazini işğal etdi. Qarqar çayını keçdik və meşəyə doğru hərəkət etdik. Meşədə biz yoldaşımdan və onun valideynlərindən ayrı düşdük. Onlar hələ də tapılmayıb…
1992-ci ildə əsirlikdən buraxılmış bir nəfərdən Bakirin Ermənistanda saxlanıldığını öyrəndik. 1995-ci ildə Fizulidən olan bir nəfər əsir düşmüş şəxs Milli Təhlükəsizlik Nazirliyinə onun Şuşada saxlanıldığını və orada Bakiri gördüyünü bildirdi. Orada əsir və itkin düşən şəxslərlə işləyən Dövlət Komissiyası fəaliyyət göstərir.
Uşaqlar “Babamız haradadır?” və ya “Babamız öldürülüb?” kimi suallar verir. Burada bizdə Bakirlə toyun video çəkilişi var, lakin ona baxanda yaralarımız yenə qanayır…
Gəlinimiz həmişə qorxulu yuxular görür; o, ermənilərin oğlunu ağaca bağlayaraq ona işgəncə verdiyini görür.
Evimizin bu vəziyyəti ilə bağlı Sizdən üzr istəyirəm. Xocalıda çox gözəl evimiz var idi və oraya qonaq dəvət etməkdən zövq alardım.
Heç bir əşyamızı götürə bilmədik…Çıxdığımız yolda ancaq qaçaraq hərəkət edərdik.
Ziyarət etməyə qəbirlərimiz də yoxdur. Həyat yoldaşım itkin düşüb.
Təbii ki, qayıtmaq istəyirəm, biz vətənimizi sevirik. Heç bir məkan Xocalı kimi gözəl deyil.
Söhbəti apardı: Ian Peart
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014