Həmin gecə biz vəziyyət barədə xəbər almaq üçün Ələsgərgilə (Novruzov – Sahibə Mustafayevanın həyat yoldaşı) getdik. Bəzi adamlar gəldi və tankların üzüm bağına çatdığını söylədilər. Biz Ələsgərin evində qalmağı münasib bildik; o, özümüzü müdafiə etmək üçün bizə bir neçə güllə saxladı. Daha sonra gərgin atışma başladı. Ümid edirdik ki, atışma səngiyəcək, lakin olmadı.
Gecə saat 2-də bəzi cavan adamlar bizə yaxınlaşaraq ermənilərin şəhərə daxil olduğunu söylədi və şəhəri tərk etməyi məsləhət gördü. Biz fin evlərinə getdik. Orada çoxlu adam var idi, ev beş mərtəbədən ibarət idi; onların heç bir əşyası yox idi və oranı tərk etməyə hazır idilər. Ələsgər geriyə qayıtmadı və bizə meşəyə getmək tövsiyə olundu.
Meşədə hər kəs qorxu içində idi, mənə iki oğlum və bacım oğlu kömək etdi. Səhərə yaxın biz Naxçıvanlıdan erməni maşınının gəldiyini gördük; on dəqiqə sonra atəş başlandı. Biz iməkləyirdik; ayağa durmaq çox təhlükəli idi. Qonşumuz mənim yanımda vuruldu; oğullarım bunu görmüşdü. Ayağa qalxanda hər tərəfdə ölən adamları gördüm. Sağ qalanlar yola davam edirdilər.
Xilas ola bilənlər Şelli kəndinə çatdılar; bəziləri kömək etmək üçün meşəyə geri döndülər, lakin onların çoxu girov götürüldü. (Şellidə)…Xeyli adam yaralandı və bəziləri keçirdiyi sarsıntıdan həlak oldu. Adamlar itkin düşənlər üçün ağlayırdılar; ətrafımız ölən adamlarla dolu idi.
Ayağımda ev ayaqqabıları ilə evi tərk etmişdim, lakin asfaltdan meşəyə doğru hərəkət etdikdə daha yaxşı hərəkət edə bilmək üçün bu ayaqqabılardan imtina etdim. Şelliyə çatanda bütün paltarlarım cırılmışdı və taqətdən düşmüşdüm.
Kənddə bizə Fizuli Rüstəmov kömək etdi və o, bir neçə əlavə adamla birlikdə kömək üçün yenidən meşəyə qayıtdı. Ölümdən qorxmurdu, lakin öldürüldü. O, Milli Qəhrəmandır.
Bütün ailələr öldürüldü. Bizim sağ qalmağımız möcüzə idi. Saysız meyit görmüşdük.
Söhbəti apardı: Ian Peart
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014