Köln şəhərində Xocalı şəhidlərinin xatirəsinə həsr edilən “Unudulmaz ağrı” adlı anım tədbiri keçirilib.
Avropa Azərbaycanlıları Konqresi (AAK) və Dünya Azərbaycanlı Həkimlər Birliyinin (DAHB) təşkil etdiyi tədbirdə AAK tərəfindən hazırlanmış Şimali-Reyn–Vestfalen əyaləti parlamentinin prezidenti Karina Qodekeyə müraciət qəbul edilib. Sənəddə Xocalı soyqırımının Almaniya siyasi dairələri tərəfindən tanınması ilə bağlı müraciət və 2017-ci ildə Xocalı faciəsinin 25-ci ildönümünün bu əyalətdə rəsmi səviyyədə anılması təklifi əks olunub. Tədbirdə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı imzatoplama kampaniyasına start verilib.
AAK-nın prezidenti Samira Patzer-İsmailova, DAHB-nin üzvləri Behrouz Kuçeiçi, həmçinin Fərzanə Saadatman Xocalı faciəsi haqqında danışıblar. Tədbirdə Azərbaycanın tarixinin qanlı səhifələrindən olan Xocalı faciəsi ilə bağlı “İrəli” İctimai Birliyinin hazırladığı “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilib.
Anım gecəsinin bədii hissəsində Fəxrəddin Manafovun ifasında Günel Anarqızının “Qarabağ hekayələri” kitabından “Atama məktub” hekayəsi səsləndirilib, Elfi Şramm və Məsud Pənahinin “Pozülmüş sülh” adlı cizgi filmi ilk dəfə nümayiş olunub.
Tədbirdə Xocalı soyqırımından bəhs edən fotostend, kitab və bröşurlər təqdim edilib.