Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
23 May 2017

Polşada nəşr edilən “Ambasador” jurnalının 30-cu sayında “Xocalı soyqırımının 25-ci ildönümü” başlıqlı məqalə dərc olunub. “Ambasador” jurnalı 2000 nüsxə ilə nəşr edilərək Polşanın bütün nazirlik və dövlət qurumları, ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklər arasında yayılır, eyni zamanda, müxtəlif kitab mağazalarında satılır.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı, dinc əhaliyə qarşı aparılmış soyqırımı barədə məlumat verilir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində 613 nəfərin həlak olduğu, 1275 nəfərin əsir götürüldüyü qeyd edilir. Daha sonra dünyanın aparıcı kütləvi informasiya vasitələrində “The Sunday Times”, “Newsweek”, “The New York Times”, “Time”, “The Washington Times” bu soyqırımı barədə məlumatların verildiyi bildirilir, habelə mayor Leonid Kravetsin şahidliyinə istinad edilir.

Sonda oxucular belə ədalətsizliyin gələcəkdə baş verməsinin qarşısını almaq üçün www.justiceforkhojaly.org  internet səhifəsinə daxil olaraq “Xocalıya ədalət!” kampaniyasına qoşulmağa dəvət edilirlər.