Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin qətlə yetirilməsi beynəlxalq cinayətdir və bunu törədənlər beynəlxalq tribunal qarşısında cavab verməlidirlər.
Bu fikri Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy deyib.
M.Kuryaçiy bildirib ki, ukraynalılar bu hadisədən təəssüflənir və beynəlxalq təşkilatları bu cinayətə göz yummamağa çağırır.
Deputatın sözlərinə görə, mülki şəxslərin öldürülməsi bir daha onu göstərir ki, münaqişənin həlli ilə bağlı mövcud status-kvonun saxlanılması qəbuledilməzdir.
Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri Sahibə Allahverdiyeva və onun nəvəsi Zəhra Quliyeva həlak olub, Sərvinaz Quliyeva isə ağır yaralanıb.