26 Fevral 2016
Fevralın 26-da İstanbuldakı Aydın Universitetində Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Türkiyə Tələbə Şurasının birgə təşkilatçılığı ilə keçirilib.
Anım mərasimində çıxış edənlər Xocalı qətliamını və qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizəni qardaş ölkələrimiz olan Azərbaycanın və Türkiyənin ortaq faciəsi və problemi adlandırıblar. Çıxışlarda anım mərasimlərinin bir neçə gün ərzində təşkil olunduğunu, Xocalı faciəsi qurbanlarının xatirəsinin qardaş ölkədə dərin hüznlə anıldığını bildiriblər.