Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
02 Mart 2018

Belçikanın ingilisdilli “The Brussels Times” jurnalının rəsmi internet səhifəsində Xocalı soyqırımına həsr olunmuş “Azerbaijan commemorates the victims of Khojaly massacre” (“Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini anır”, http://www.brusselstimes.com/eu-affairs/10476/azerbaijan-commemorates-the-victims-of-the-khojaly-massacre ) başlıqlı məqalə dərc edilib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının mülki əhalisinə qarşı cinayət törətdiyi, qətliam nəticəsində 63 uşaq, 106 qadın və 70 qoca da daxil olmaqla, 613 nəfərin həlak olduğu bildirilir. Qeyd olunur ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il Azərbaycanda və dünyanın digər ölkələrində yad edilir. Bu faciə Azərbaycan tarixinə ən dəhşətli səhifələrdən biri kimi daxil olub. Dəhşətli hadisədən 26 il ötməsinə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır. Bir milyon qaçqın və məcburi köçkünün hüquqları hələ də bərpa edilməyib. Eyni zamanda, yazıda BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə və bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməməsinə də toxunulur.

Həmçinin beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması və dünya ölkələrinin bu faciəyə siyasi və hüquqi qiymət verməsinə nail olmaq məqsədilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə məlumat verilir.