Berlin Azərbaycan Evinin təşkilatçılığı ilə Berlin şəhərinin Branderburq qapıları meydanında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar aksiya keçirilib.
Aksiyada Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün beynəlxalq ictimaiyyətdən qəti addımlar atması tələb edilib. Füzuli rayonununun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində Allahverdiyeva Sahibə İdris qızı və Quliyeva Zəhra Elnur qızının qətlə yetirilməsinin insanlıq əleyhinə cinayət olduğunu vurğulayan soydaşlarımız Ermənistana qarşı sərt sanksiyalar tətbiq edilməsinin zəruriliyini vurğulayıblar.
Aksiya iştirakçıları dünya azərbaycanlılarının torpaqların işğaldan azad olunması üçün Azərbaycan dövlətinin atdığı bütün addımları dəstəklədiyini ifadə ediblər. Qeyd olunub ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması regionda davamlı sülhün və sabitliyin təmin olunmasının yeganə yoludur.
Sonda iştirakçılar adından dünya ictimaiyyətinə ünvanlanmış müraciət qəbul olunub.