Polşanın Poznan şəhərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar dinc aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən TurkicWorld-ə verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının və Poznanın azərbaycanlı icmasının birgə təşkilatçılığı ilə şəhərin izdihamlı məkanlarından birində baş tutan aksiya zamanı Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub. Yerli sakinlərə ingilis və polyak dillərində Xocalı soyqırımı həqiqətlərinin əks olunduğu bukletlər və QR-kodlu fincanlar paylanılıb. Nəzərə çatdırılıb ki, kod vasitəsilə Xocalı soyqırımına dair ətraflı məlumat əldə etmək mümkündür.
Aksiya “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində gerçəkləşdirilib.