Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
21 May 2015

ABŞ-ın Konnektikut ştatının Nümayəndələr Palatası Xocalı qətliamı ilə bağlı növbəti bəyanat qəbul edib. Bəyanatda 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hərbi təcavüzü nəticəsində yüzlərlə insanın qətlə yetirildiyi, bir çox beynəlxalq təşkilat və dövlətlər, həmçinin ABŞ və digər ölkələrin aparıcı media orqanları tərəfindən bu təcavüzün qəti şəkildə pislənildiyi qeyd olunur.

Sənəd Konnektikut ştatı Nümayəndələr Palatasında çoxluğun lideri Co Aresimoviç (House majority leader Joe Aresimowicz), palatanın üzvləri Kevin Rayan (Kevin Ryan) və Karolin Simmonsun təşəbbüsü ilə irəli sürülüb, Nümayəndələr Palatasının spikeri və Konnektikut ştatının dövlət katibi tərəfindən imzalanaraq təsdiqlənib.

Konnektikut ştatının Nümayəndələr Palatası artıq ardıcıl olaraq üçüncü ildir ki, Ermənistan təcavüzkarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş dəhşətli qətliama dair bəyanat qəbul edir.

Mənbə: AZƏRTAC