27 Fevral 2016
“Cafe del Montenegro” portalında Monteneqrodakı İslam Birliyinin rəhbəri Rifat Feyziçin ermənilər tərəfindən Xocalıda törədilmiş faciənin 24-cü ildönümü ilə əlaqədar bu ölkədəki diplomatik nümayəndəliyimizə ünvanladığı teleqram yer alıb.
Teleqramda deyilir: “Törədilmiş faciə bu günümüzün utanc gətirən ləkəsidir. Soyqırımı miqyasında qəddarlıqla qətlə yetirilmiş 613 qurbanın içərisində çoxlu sayda qadın və uşaqların olması heç zaman unudulmamalıdır. Monteneqrodakı İslam Birliyi bu gün də Azərbaycan xalqının və qətlə yetirilmiş şəhid ailələrin dərdinə şərik çıxır”.