Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi və Monteneqro-Azərbaycan mədəni və iqtisadi əlaqələr mərkəzi artıq üçüncü ildir ki, bu ölkənin ictimaiyyətini Xocalı soyqırımı haqqında məlumatlandırır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində Monteneqronun paytaxtı Podqoritsada, həmçinin Budva və Herseq Novi şəhərlərində müxtəlif məkanlarda soyqırımı ilə bağlı bilbordlar və məlumat panelləri yerləşdirilib. Həmin panellərdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında ətraflı məlumatlar yerli əhalinin diqqətinə çatdırılır. Bununla yanaşı, Monteneqronun müxtəlif şəhərlərində Xocalı soyqırımı haqqında Monteneqro dilində məlumat vərəqələri də paylanılıb, internet səhifələri (www.xocali.me/www.khojaly.me) yaradılıb, yerli mətbuatda məqalələr yerləşdirilib.