BŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq, Xocalı soyqırımının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini “Xocalını anma günü” kimi tanımağa və yad etməyə çağırıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.
Montana ştatında Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş ilk sənəd olan bu bəyanatda S.Bullok bildirir: “Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.
Sənədin sonunda 2016-cı il 26 fevral tarixinin Montanada “Xocalını anma günü” elan edildiyi vurğulanır.
Beləliklə, bu sənədlə ABŞ-da Xocalı soyqırımını tanıyan ştatların sayı 20-yə çatıb.