Qvatemalanın qanunverici orqanı erməni hərbi birləşmələri tərəfindən 1990-cı illərin əvvəlində törədilmiş Xocalı faciəsini pisləyən qətnamə qəbul etmişdir.
Ermənistanın Azərbaycana qarşı terror aktları Qvatemala Konqresinin 6 oktyabr keçirilən iclasında müzakirə olunan məsələlər sırasında idi.
Yerli mətbuatın məlumatına görə Xocalı faciəsi ilə bağlı qətnamə səs çoxluğu ilə qəbul edilmişdir. Sənəddə göstərilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində 20,000 Azərbaycan vətəndaşı öldürülmüş və bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.
Əvvəllər bir çox dövlətlərin qanunverici orqanları Ermənistan tərəfindən Xocalıda yaşayan mülki əhaliyə qarşı törədilmiş cinayəti soyqırımı cinayəti kimi tanıyan qətnamələr qəbul etmişdir. Belə ki, Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Çex Respublikası, İordaniyanın parlamentləri, eləcə də ABŞ-ın 15 ştatı müvafiq sənədlər qəbul etmişlər.
İslam Əməkdaşlıq Təşkilatı 2013-cü ilin fevral ayında qəbul etdiyi Qahirə Kommunikesində Xocalı faciəsini soyqırımı cinayəti və bəşəriyyət əleyhinə cinayət kimi xarakterizə etmişdir. Kommunike beynəlxalq ictimaiyyəti Xocalı soyqırımını tanınmağa çağırır.
1992-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən ikinci böyük şəhər olan Xocalı erməni silahlı qüvvələrinin intensiv atəşinə tuş gəldi. Nəticədə 613 nəfər öldürüldü və 1000 nəfər ömürlük əlil oldu. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq isə valideynlərindən birini itirmiş oldu. Bundan başqa 1275 mülki insan girov götürüldü və 150 nəfər itkin düşdü. Dinc əhali yaxın məsafədən açılan atəşlə öldürülmüş, baş dərisi soyulmuş və diri-diri yandırılmışdı.
Mənbə: "Azernews"