05 Mart 2020
İordaniyanın nüfuzlu “əl-Dustur” qəzetində tanınmış jurnalist, akademik Mərvan Sudahın “Xocalıya əbədi ağı” adlı məqaləsi dərc edilib.
Məqalədə erməni hərbi birləşmələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin əhalisinə qarşı 1992-ci il fevralın 26-da törətdiyi soyqırımından bəhs edilir.
Müəllif qeyd edir ki, təcavüzkarlar tərəfindən vəhşicəsinə törədilmiş bu faciə soyqırımıdır. Qadın, uşaq, qoca demədən Xocalının günahsız azərbaycanlı əhalisinin – qədim mədəniyyəti ilə Asiya və ümumiyyətlə, dünya tarixinə töhfələr verən bir xalqın nümayəndələrinin qanları axıdılıb.