Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayevin Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar bu ölkədə nəşr olunan nüfuzlu “Ər-Riyad” qəzetində məqaləsi dərc edilib.

Məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının keçmiş SSRİ-nin Xankəndidə yerləşmiş 366-cı motoatıcı alayının zirehli texnika və hərbiçilərinin köməyi ilə Azərbaycanın Xocalı şəhərini yerlə-yeksan etmələri, burada yaşayan mülki əhaliyə qarşı amansız divan tutulması barədə ətraflı məlumat verilir. Diqqətə çatdırılır ki, ermənilərin Xocalıda törətdikləri bu qəddarlıq və insanlığa qarşı vəhşilik Ermənistan dövlətinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz ərazisinə birləşdirmək istiqamətində həyata keçirdiyi işğalçılıq siyasətinin tərkib hissəsi olub. Məqalədə bildirilir ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca amansızcasına qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb.

Qeyd edilir ki, Xocalı soyqırımı haqqında həqiqətlərin tam mahiyyəti ilə dünya ictimaiyyətinə çatdırılması, bunun Azərbaycan xalqına qarşı həyata keçirilən məqsədli soyqırımı siyasəti kimi tanınmasına nail olunması, bu cinayətə beynəlxalq hüquqi-siyasi qiymət verilməsi, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının cəzalandırılması insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtlərdəndir.