Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin və ölkəmizin Serbiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Tədbirdə Mərkəzin, Serbiya-Azərbaycan Ticarət Palatasının üzvləri, Serbiyada yaşayan Azərbaycan icmasının təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyəti və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.

Xocalı faciəsinin acı nəticələrindən danışan mərkəzin direktoru Zərifə Əlizadə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası, yenilənmiş www.justiceforkhojaly.org saytı və serb dilində fəaliyyət göstərən www.xocali.rswww.khojaly.rs internet səhifələri barədə məlumat verib.

Səfir Eldar Həsənov çıxış edərək erməni millətçilərinin vaxtaşırı dövlətimizə və xalqımıza qarşı əsassız ərazi iddiaları irəli sürərək həyata keçirdikləri cinayətlərdən danışıb. O, Xocalı qırğınının erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə törədildiyini, bu faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğulayıb. Səfir Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının vacibliyini qeyd edib, həmin şəxslərin ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmədə mühakimə olunacaqlarına əminliyini bildirib.

Sonra səfirliyin dəstəyi ilə Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış və Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş videoklip nümayiş etdirilib. Klipdə serbiyalı opera müğənnisi Nataşa Yoviç və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad Universitetinin İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə “Elegiya” əsərini ifa edirlər.

Sonda tədbir iştirakçıları Xocalı soyqırımını əks etdirən fotostendlə tanış olublar.