25 Fevral 2020
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı İstanbulda yürüş keçirilib.
Tədbir İstanbul Türkiyə-Azərbaycan Dərnəyi və Türksoylu Xalqların Əməkdaşlıq Mərkəzi tərəfindən təşkil olunub.
Yürüşdə ictimaiyyət nümayəndələri, İstanbulda təhsil alan azərbaycanlı tələbələr, türkdilli xalqların ictimai birlikləri, yerli əhali və media nümayəndələri iştirak ediblər.