Xocalı şəhərində azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən fevral qətliamının dəhşətli miqyası üzrə çıxır – Azərbaycanda 600-ə qədər kişi, qadın və uşaq öldürülmüşdür.
Azərbaycanlıların “Xocalı Qətliamı” adı verdikləri bu faciənin tədqiqi ilə bağlı 15 nəfərdən ibarət komandaya rəhbərlik edən baş tədqiqatçı dövlət ittihamçısı Aydın Rəsulov, bildirir ki, ilkin nəticələrə görə 600 nəfərin ölümü ilə bağlı müəyyən edilən rəqəmlər minimum göstəricilərdir. Xocalı şəhərinin meri Elman Məmmədov da oxşar hesablamalar olmasına dair məlumat vermişdir. Daha yüksək rəqəmləri əhatə edən digər bir məlumat da may ayında Bakı qəzeti olan Orduda dərc edilmişdir. Burada göstərilir ki, öldürülənlərdən 479 nəfərin kimliyi məlum olsa da, 200-dən artıq insanın kimliyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə 700-ə qədər insan qətlə yetirilmişdir.
Bakıdakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyətinin başçısı Fransua Zen Rufinen qeyd edir ki, Xocalının qonşuluğunda yerləşən Ağdam şəhərinin müsəlman imamının dediklərinə görə onun xidmət göstərdiyi məscidə Xocalıdan əksəriyyəti mülki şəxslərdən ibarət 580 cəsəd gətirilmişdir. “Biz meyitləri saymadıq. Amma bu rəqəmlər həqiqətə uyğundur. Heç nə uydurma deyil,” Cənab Zen Ruffinen bildirirdi. “Biz verdiyimiz cəsəd torbaları və meyitləri yumaq üçün vasitələrin sayına görə bunu təxminən müəyyən edə bildik.”
Cənab Rəsulov qətliamda öldürülənlərin sayı ilə bağlı məlumatları soyuqqanlılıqla verməyə çalışır. “Tələsməyin, son rəqəmləri əldə etmək bir neçə ayadək çəkə bilər” 43 yaşlı hüquqçu öz kiçik ofisində deyirdi.
Cənab Rəsulovun baş verənlər barədə məlumatı var. Konkret nəticələri əldə etmək onun iki ilini almışdır. Bu nəticələrə görə Sovet qoşunları və tankları 1990-cı ilin yanvarında Bakıdakı milli oyanışa qarşı şəhərə yeridiləndə 131 nəfər öldürülmüş, 714 nəfər isə yaralanmışdır.
Respublikanın ədliyyə departamenti tərəfindən tibbi ekspertizadan keçirilmiş meyitlərin sayının rəsmi olaraq 184 nəfər olduğu təsdiq edilir. “Bu öldürülmüş insanların sadəcə cüzi bir hissəsidir.” Respublikanın baş ədliyyə mütəxəssisi Rafiq Yunusov qeyd edirdi: “Onlar sadəcə bizə gətirilən cəsədlər idi. Xatırlatmaq lazımdır ki, xaos mövcud idi. Nəzərə almalıyıq ki, biz müsəlmanıq və qətl edilən insanlarımızı 24 saat içərisində yuyub dəfn etməliyik.”
Bu 184 nəfərdən 51-i qadın, 13-ü 14 yaşdan az uşaqlar idilər.
151 nəfər odlu silahdan açılan atəş nəticəsində, 20 nəfər qəlpə yarasından,10 nəfər isə balta və ya küt alətlə öldürülmüşdür. Sonuncu 3 nəfər də yüksək dağlıq ərazilərdə dona məruz qalaraq ölmüşdür. Professor Yusifovun bildirdiyinə görə otuz üç nəfər qulaqları, burunları, döşləri və ya cinsiyyət orqanları kəsilmiş və gözləri çıxarılmışdı. Cənab Rəsulov qeyd edirdi ki, müayinə edilən 184 meyit qətlə yetirildiyi güman edilən insanların üçdə birindən azdır.
“Yerdə xeyli sayda cəsəd və yaralı var idi və onları saymaq mümkün idi: 400-500 nəfər Xocalıda, 650-700 nəfər yolda və çayın yaxınlığında, 85-100 nəfər də Naxçıvanik kəndi ətrafında görünürdü”. Helikopter pilotu tərəfindən imzalanmış bəyanatda cənab Manafov yazırdı:
“İnsanlar kömək üçün bizi çağırırdılar. Biz üç ölmüş uşaq və anası ölən hələ sağ olan iki yaşlı uşaq gördük. Uşaq anasını oyatmaq üçün onun əlini dartırdı. Biz yerə enməyə çalışdıq, lakin ermənilər vertolyotun enməsinə mane olmaq üçün atəş açmağa başladılar və biz geri dönməyə məcbur olduq.”
Son aylarda baş verən siyasi dəyişiklik səbəbi ilə və Xocalıda dəqiq kimin olduğunu bilmədiyimizə görə siyahılarda və rəqəmlərdə eynilik yox idi - erməni hərbi qüvvələri tərəfindən xeyli insan öz evlərindən didərgin salınmışdı.